featured-image-5439

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü Roman Saleiyə və atletika millisinin üzvü Lamiyə Vəliyevaya “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adlarının verilməsi barədə qərar qəbul edilib.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən qərar 30 avqust 2022-ci il tarixində Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclasında qəbul edilib.

Qeyd edək ki, Roman və Lamiyə Tokio 2020 Yay Paralimpiya Oyunlarının qalibləridirlər.

Bənzər xəbərlər