featured-image-6708

“Qələbə qazandığımız üçün çox şadam”.

Bunu Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda “CBC Sport”a açıqlamasında deyib.

Qarşılaşmada ilk qolun müəllifi olan 23 yaşlı hücumçu yaxşı oynadıqlarını bildirib:

“Bütün matçlara qalibiyyət üçün çıxırıq. Qazaxıstanla görüşdə də yaxşı nəticə əldə etmək istəyirik. Hər kəsi bu oyuna baxmağa dəvət edirik”.

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər