featured-image-5627

Yunanıstanın “Olimpiakos” klubu yeni transferi Marselonu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş edib.

“Real”dan (Madrid) ayrılan 34 yaşlı braziliyalı müdafiəçi ilə yanaşı digər yeni oyunçular – Pep Biel, Panayotis Retsos, Hvan Uy Co və Coş Boulerin adı “25-liy”ə salınıb.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. Qarabağın da olduğu G qrupunda həm də Almaniyanın “Frayburq” və Fransanın “Nant” komandaları mübarizə aparacaq.

Mənbə: Sport24.gr

Bənzər xəbərlər