featured-image-8068

“Futbolçularımı təbrik edirəm. Hesabın böyük olmasına baxmayaraq, vacib qələbə əldə etdik”.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə darmadağın etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis möhtəşəm stadionda çılğın azarkeşləri olan komandaya qarşı oynadıqlarını bildirib:

“Burada mübarizə aparmaq xoşdur. Rəqibə uğurlar arzu edirəm. Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq”.

Bənzər xəbərlər