featured-image-9873

Qüdsdə partlayan hər iki bomba mismar və boltlarla doldurulub.

Bu barədə “Jerusalem Post” xəbər yayıb.

Nəşrin məlumatına görə, partlayış uzaqdan həyata keçirilib.

12:11

Qüdsdə bir neçə dəqiqə fasilə ilə iki partlayış olub. Partlayışlar Ramot bölgəsindəki Mərkəzi Avtovağzal yaxınlığında və şimalda Ramon kəsişməsi adlanan ərazidə qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində azı bir nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

İsrail hüquq-mühafizə orqanları partlayışın müxtəlif versiyalarını, o cümlədən terror aktı versiyasını nəzərdən keçirirlər.

Artıq partlayışlara görə üç fələstinli saxlanılıb.

Bənzər xəbərlər