featured-image-6181

Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Ruslan Kazakbayevlə BMT-nin baş katibi Antonio Qutereş arasında telefon danışığı baş tutub.

Təmasın əsas mövzusu Qırğızıstan-Tacikistan sərhədində baş vermiş hərbi toqquşmalar olub.

Ruslan Kazakbayev BMT-nin Baş katibinin diqqətinə çatdırıb ki, sərhəddəki toqquşmalarda Tacikistan tərəfdən nizamsız hərbi birləşmələr iştirak edir.

Xatırladaq ki, bu gün Qırğızıstan Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən silahlı qarşıdurma nəticəsində yaralanan hərbçilərin sayını açıqlayıb.

Yenilənmiş statistikaya görə, Qırğızıstanın 121 hərbçisi yaralanıb.

Tərəflərin atəşkəs barədə razılığa gəlməsinə rəğmən, ərazidə atışmalar davam edir.

Mənbə: TASS

Bənzər xəbərlər