featured-image-6311

Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin (DTX) sədrləri iki ölkə arasında sərhəddə vəziyyətin sabitləşdirilməsi və sülhün bərqərar edilməsi haqqında protokol imzalayıblar.

Bu barədə bazar ertəsi Qırğızıstan DTX-nın rəhbəri Kamçıbek Taşiyev məlumat verib.

O, həmçinin Batken vilayəti ərazisində vəziyyətin tədricən sabitləşdiyini qeyd edib və çərşənbə axşamı daha bir görüşün planlaşdırıldığını bildirib.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sentyabrın 14-də gərginləşib. Qarşıdurmalar nəticəsində təkcə Qırğızıstan tərəfdən 59 nəfər həlak olub, 160-dan çox insan yaralanıb.

Mənbə: TASS

Bənzər xəbərlər