featured-image-8014

Qətərdəki Dünya Çempionatı argentinalı hücumçu Lionel Messinin karyerasında sonuncu olacaq.

“Bu, mənim üçün son dünya çempionatıdır? Bəli, təbii ki. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm, bu il turnir öncəsi çox yaxşı hazırlıq keçirə bilərəm. Keçən dəfə alınmadı, çünki məşqlərə gec başladım, ritmsiz oynadım. Mən milliyə gələndə turnir artıq başlamışdı”, – deyə 35 yaşlı futbolçu bildirib.

Xatırladaq ki, Qətər-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərin beş şəhərindəki səkkiz stadionda keçiriləcək.

Mənbə: TASS

Bənzər xəbərlər