featured-image-9192

Amerika üçün “Qarabağın statusu müzakirə mövzusu deyil” yazan Bəxtiyar Hacıyev gözünün içinə kimi yalan danışır!

 

Azərbaycanda Fransa və ABŞ-a xalqın heç bir etimadı yoxdur. Niyə yoxdur? Çünki bu ölkələrin ikisi də ermənilərə gizli və açıq şəkildə dəstək verir. Azərbaycan iqtidarının da bu ölkələrə hər hansı simpatiyasından danışmağa dəyməz… Ancaq Azərbaycan müxalifəti, xüsusən klassik müxalifət və Qərbin çətiri altında olan qeyri-hökumət təşkilatları ABŞ və Farnsanı müxatəlif yollarla müdafiə edirlər. Düzdür, bunu etmək çox çətindir. Ancaq onlar müxtəlif bəhanələrl bu müdafiəni təşkil etməyə çalışırlar…

 

Bu yaxınlarda İlham Əliyev  Fransa Respublikasının Prezidenti Emmanuel Makronu kəskin şəkildə tənqid etdi. Gültəkin Hacıbəyli bu məsələ ilə bağlı maraqlı açıqlama verdi. Dedi ki, cənab Makron Azərbaycanın əleyhinə indiyə qədər də sərt bəyanatlar səsləndirmişdi. Ancaq İlham Əliyev həmin bəyanatlara cavab verməmişdi. İndi isə Makrona kəskin cavab verdi. Hörmətli Gültəkin xanım xalqı inandırmağa çalışırdı ki, İlham Əliyev bu dəfə Makronu ona görə belə kəskin tənqid etdi ki, Makron Vladimir Putin haqqında da xoşagəlməz ifadələr səsləndirmişdi. Yəni İlham Əliyev öz şefi olan Vladimir Putinin müdafiəsinə qalxmaq amacı ilə Makronun üstünə gedib. Yoxsa İlham Əliyev bu cəsarətin sahibi deyil…

Mən siyasi prosesləri izləyən adamam. Bildiyim odur ki, Tayyib Ərdoğan da, İlham Əliyev də Emmanuel Makron haqqında xoş bir söz deməyib. Niyə də desinlər ki? Makron həyasız şəkildə ermənilərin yanındadır, müvafiq olaraq da Türkiyə və Azərbaycanın qarşısındadır.

Bir faktı deyib, keçirəm. 2020-ci ilin oktyabrı. İlham Əliyev Suriyadan Azərbaycana muzdluların gətirilməsi ilə bağlı Makronun bəyanatından təəssüfləndiyini bildirir: “Mən dedim ki, səhv edir. Makron heç bir əsas olmadan bəyanatla çıxış edib. Qoy, Fransa prezidenti bizə sübut versin. Bunlar hamısı sözdür. Əcnəbi muzdlunun bizdə iştirakına dair heç bir sübut yoxdur. Çünki bizim kifayət qədər insan resursumuz var. Ermənistanın isə buna ehtiyacı var. Onların əhalisi cəmi 2 milyondur. Ona görə də Yaxın Şərqdən insanları cəlb edirlər. Bizdə sübut var ki, orada təkcə etnik ermənilər döyüşmürlər. Biz bizə qarşı ittihamları qətiyyətlə rədd edirik və sübut tələb edirik”. İlham Əliyev daha nə deməliydi ki? Bəlkə Makronun var-yoxunu söyməliydi?

İndi görün hörmətli Bəxtiyar Hacıyev nə yazır: “3 gündür Rusiyanın 1-ci kanalında Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik olan, üzərində “Dağlıq Qarabağ Respublikası” yazılmış xəritənin sağ monitor, sol monitor, böyük plan, yaxın planda verildiyi proqram yayımlanıb. Amma fransızca 3 söz bilmədiyi halda Makronun müsahibəsini əlində bayraq tutaraq Qərbi yıxıb-sürüyən hökumət jurnalistləri, politoloqları, Makrona mahnı bəstələyən TV kanalları 3 gündür susublar”.

Rusiya məsələsi ilə yüzdə yüz razıyam. Təbii ki, həddini aşan Moskvaya rəsmi Bakı ciddi şəkildə etiraz etməlidir. Özü də mütləq. Ancaq Rusiyanın yaramazlığı Fransanının yaramazlığına bəraət qazandıra bilərmi? Əlbəttə, yox. Ancaq bizim müxalifət məhz Fransanı Rusiya üzərindən müdafiə edir. Yəni Bəxtiyar bəy də, Gültəkin xanım da mahiyyətdə eyni şeyi deyir: Fransanı, Makronu boş verin, Rusiyadan danışın, Putini söyün… Niyə ki? Azərbaycanın vətənpərvər insanları Rusiyaya da, Putinə də tüpürür, ancaq sizdən fərqli olaraq onlar Fransaya da, Makrona da tüpməkdən çəkinmir. Soruşmaq ayıb olmasın, sizin Fransa və onun yaramaz prezidenti Makron qarşısında diliniz niyə qısadır? Çünki sizlər Azərbaycan dövlətinə və xalqına arxa çevirmisiz. Niyə? Yadlardan aldığınız qrantlara görə? Milli maraqlarımızı ayaq altına atıb, gedib itə-qurda nökərçilik edirsiniz, onların yaramazlığına bəraət qazandırmağa çalışırsız…

Bəxtiyar Hacıyev daha sonar yazır: “Rusiya münaqişənin həlli üçün ABŞ-ın təklif etdiyi Vaşinqton planının Rusiya və Ermənistan maraqlarına zidd olduğunu bildirir. Vaşinqton planında qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini dərhal tərk etməsi, Qarabağın Azərbaycan tərkibinə dərhal verilməsi təklif olunur və Qarabağın statusu müzakirə mövzusu deyil”. Diqqət edin, altını cızıram. Adam deyir ki, Amerika üçün “Qarabağın statusu müzakirə mövzusu deyil”. Daha sonar isə yazır ki, “Moskva planında isə Qarabağın statusu açıq məsələ kimi gələcəyə ötürülür”.

Bəli, Rusiya Qarabağın statusu məsələsinin açıq qalmasında maraqlıdır. Bunu heç gizlətmir də. Elə buna görə də Rusiyaya Azərbaycanda heç bir rəğbət yoxdur. Rusiya-Ukrayna savaşında da xalq açıq şəkildə Ukraynanın tərəfindədir. Ancaq Amerika üçün “Qarabağın statusu müzakirə mövzusu deyil” yazan Bəxtiyar Hacıyev gözünün içinə kimi yalan danışır. Xalqı aldadır. ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etməsində təkid etmirmi? Edir. Niyə təkid edir? Çünki ATƏT-in Minsk qrupunda gedən az qala 30 illk danışqlarda Dağlıq Qarabağa son dərəcə yüksək, faktiki müstəqil dövlət səviyysəində muxtariyyat təklif olunub. İlham Əliyev hətta Dağlıq Qarabağa Muxtar Aland adalarındakı (Finlandiya) modeli təklif etmişdi. O vaxt müxalifət bu təklifi sükutla qarşılamışdı. Çünki bu təklif Qərbin ürəyincə idi.

Hörmətli Bəxtiyar bəy, Amerika üçün Qarabağın statusu müzakirə mövzusudur. Və sən bunu məndən də yaxşı bilirsən. Amerika nə istəyir? Deyim, Rusiya, İran və Avropa Birliyi nə istəyirsə, Amerika da onu istəyir. Yəni Ermənistan üzərindən Türk Dünyasını təzyiq altında saxlamaq, Cənubi Qafqazın sahibinə çevrilmək…

Özü də ABŞ və Fransanın türklərə və ermənilərə münasibəti dünən formalaşmayıb. Ən azı son 150-200 ildə hər iki ölkə Osmanlıya qarşı ermənilərdən istifadə etməyə çalışıb. Rusiya da, Böyük Britaniya da, Almaniya da… eyni məqsədlə ermənilərə yağlı vədlər veriblər.

Bu yaxınlarda bu məsələyə toxunmuşdum. Fransa imperatoru Napoleon Bonapart 1778-1799-cu illərdə o vaxt Osmanlı imperiyasının bir parçası olan Fələstin və Suriyada yaşayan katolik erməniləri Osmanlı imperiyasına qarşı qaldırmaq məqsədi ilə Fransanın İstanbuldakı səfiri general Horace François Bastien Sebastiani de la Porta məktub yazıb. Səfirin imperatora cavabı belə olub: “Ermənilər öz yaşayışlarından o qədər razıdırlar ki, bu, (erməniləri Osmanlı imperiyasına qarşı qaldırmaq) mümkün deyil”.

Rusiya çarı I Pyotrun ermənilərlə bağlı dediklərini sən bilmirsənmi? ABŞ-da daxil olmaqla Qərb ölkələrinin 1850-ci illərdən etibarən Osmanlıya dini missionerlər göndərməsini, missionerlərin xristianları, o cümlədən erməniləri Osmanlıya qarşı qaldırmaq üçün dini təbliğat aparmasını necə?

Sən ziyalısan. Bu millətin önündə getməlisən. Sən nə edirsən? Dövlətin, millətin dərd-sərinə arxa çevirib Amerikanın şərəfinə tost deyirsən, Fransanın həyasılığına bəraət qazandırırsan. Nə bilim, vallah…

Sözümün canı o ki, bu prosesin ən azı 200 illik tarixi var. Bu iş nə Emmanuel Makronluqdur, nə Vladimir Putinlikdir, heç Co Baydenlik də deyil. Yəni problemin kökü daha dərindədir. Və sən bunları bilə-bilə xalqa yalan danışırsan. Başa düşdük də. Sən ABŞ-da təhsil almısan. Ancaq bu o demək deyil ki, sən Amerikanı müdafiə etmək üçün öz vətəninə xəyanət etməlisən. Mən İsveçrədə yaşayıram. Mən Qərbdə yaşadığıma görə Qərbin ermənipərəst siyasətinə əl çalmalıyam?…

Unutma, sən azərbaycanlısan! Sən amerikalı deyilsən, fransız deyilsən…

Elbəyi Həsənli

Bənzər xəbərlər