featured-image-4632

“Azərbaycanda 5 “komandos” hərbi hissəsi var.” 

Azərbaycan ordusu haqqında Qərb mediası yazır ki, 2020-ci ildə Azərbaycanın hərbi xərcləri 2,2 milyard dollar olub. 2021-ci ildə bu göstərici 2,6 milyard dollara yüksəlib. 2022-ci ildə də Azərbaycan 2.6 milyard dollarlıq hərbi büdcəyə sahibdir.

Dünyaca məşhur “Stockholm International Peace Research Institute” (SIPRI)-un hesablamasına görə, hərbi xərclərimiz Azərbaycanın Ümumi Daxili Məhsulunun 5,3 faizi qədərdir. Bu göstəriciyə görə, Azərbaycan dünya üzrə beşinci yerdə gedir. Müqayisə üçün deyim ki, Ermənistanın hərbi büdcəsi cəmi 600 milyon dollardır…

Qərb mediası İlham Əliyevə istinadən yazır ki, Azərbaycan Ordusu Türkiyə modeli əsasında yenidən qurulur. Azərbaycan 44 günlük müharibədə əldə etdiyi qələbədən sonar öz ordusunu daha da gücləndirmək üçün ciddi addımlar atır. Ölkədə 5 “komandos” hərbi hissəsi var. Dağlıq ərazidə və ekstremal şəraitdə döyüşə hazır olan bu qüvvələrin dəqiq sayı bəlli deyil. İlham Əliyev deyir ki, Azərbaycanda “minlərlə” kamondos döyüşçüləri var.

Hadrut və Kəlbəcərdə belə hərbi hissələrin olması rəsmən elan olunub. Digər 3 “kamondos” hərbi hissələrinin dislokasiya yeri bəlli deyil. Ehtimal olunur ki, həmin hərbi hissələr Ermənistana yaxın ərazilərdə yerləşdirilib.

Elbəyi Həsənli

Bənzər xəbərlər