featured-image-12569

Paşinyan Ərdoğanın uduzmasına ümid edir

 

Avropa İttifaqına bağlı “The Carnegie Endowment for International Peace” Qərbin beyin mərkəzlərindəb biri kimi tanınır. Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bu təşkilatın saytı belə yazır: “Məhz Bakı sülh sazişinin imzalanmasını tələb edir, Yerevan isə gələcəkdə daha yaxşı şərtlər əldə etmək ümidi ilə bir qayda olaraq istənilən qərarı təxirə salmağa çalışıb”.

Saytda gedən “Could the New EU Mission Sideline Russia in Armenia-Azerbaijan Settlement?” adlı məqalədə Ermənistanın sülh müqaviləsini bilərəkdən təxirə salmasının səbəbləri belə göstərilir: “Sülh sazişi üzərində iş indi səngiyib. Ermənilər heç də əsassız olmadan hesab edirlər ki, dünyanın Ukrayna ilə məşğul olduğu bir vaxtda bu cür kritik qərarın qəbulu yanlış olardı. Qərb və Rusiya öz resurslarını azad etdikdən sonra Cənubi Qafqaza yeni nəsə təklif edə bilər”.

Saytın yazdığına görə, sülh sazişini Ermənistanın təxirə salmasının başqa bir səbəbi isə odur ki, Ermənistan ümid edir ki, iki ildən sonra dünya daha çox proqnozlaşdırıla bilər: Ukrayna münaqişəsi səngimiş olar  və Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn seçkilərdə qalib gəlib-gəlməməsindən asılı olmayaraq, Türkiyə daha böyük sabitlik dövrünə keçid edər.

Sayt daha sonra onu da vurğulayır ki, Ermənistanın gələcəyə bağlı bu ümidlərini yaxşı düşünülmüş strategiya hesab etmək çətindir.

Göründüyü kimi, Türkiyədə keçiriləcək prezident seçkisi Ermənistanı Azərbaycanla sülh sazişini sonraya saxlamağa həvəsləndirir. Düzdür, Qərb saytı deyir ki, cənab Ərdoğanın qələbəsindən asılı olmayaraq, Ermənistan Türkiyənin sabitlik dövrünə qədəm qoyacağını gözləyir. Bizcə, bu, qondarma söhbətdir. Gedişatdan açıq şəkildə görünür ki, Nikol Paşinyan birmənalı olaraq Tayyip Ərdoğanın uduzmasını, “Altılı masa”nın qələbəsini gözləyir. Daha doğrusu, buna ümid edir…

Boyuksherg.az

Bənzər xəbərlər