featured-image-13298

“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları qardaş klublar olublar.

“Boyuksherg” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbek açıqlama verib.

“İki qardaş ölkənin qardaş komandaları olaraq bəzi fəaliyyətlərimizi birləşdirəcəyik. Onlar Azərbaycanda, biz də Türkiyədə iş birliyi edəcəyik. “Qarabağ”ı İstanbulda dostluq oyunu keçirmək üçün dəvət etmişik. Bizi çox yaxşı qarşıladılar. Qardaş klub təqdimatını gələn həftə edəcəyik. “Qarabağ” və “Qalatasaray” klubları qardaş səviyyəsində bir-birilərini sevirlər. Mağazalarımızda “Qarabağ” formalarını satacağıq. Onlar da “Qalatasaray” formaları satacaqlar”.

Qeyd edək ki, komandalar saat 20:00-da Bakı Olimpiya Stadionunda xeyriyyə oyununda üz-üzə gələcəklər.

Bənzər xəbərlər