featured-image-6239

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandalar bəlli olub.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, 15 klubun olduğu siyahıda “Qarabağ” da yer alıb.

“Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı 6 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk ediblər. Ölkə çempionunun III turda “Turan Tovuz”la görüşü noyabrın 9-na təxirə salınıb.

Top-5 liqalarda yalnız “Real Madrid” İspaniya La Liqasındakı 6 oyunun hamısında qalib gəlib.

Belçikada “Antverpen” (9), Şimali Makedoniyada “Struqa”, Portuqaliyada “Benfika” (7), Lüksemburqda “Düdelanj” (7), Macarıstanda “Ferentsvaroş” (6), Yunanıstanda “Panatinaikos” (5), Maltada “Birkirkara” və “Hamrun” (hər ikisi 4), Ukraynada “Dnepr-1” (3), San Marinoda “Pennarossa”, “Kosmos” və “Fiorita”, Andorrada isə “İnter Eskaldes” (2) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Bənzər xəbərlər