featured-image-4636

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a rəqib olan Macarıstanın ən titullu klubu “Ferentsvaroş”un prezidenti əslən azərbaycanlı olan Qabor Qubadovdur.

Boyuksherg“in məlumatına görə, Qubadovun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır. Ailəsi ötən əsrdə Macarıstana köçən Qubadovun özü isə Budapeşt şəhərində anadan olub.

90-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi fəaliyyət göstərən Qubadovun Şorokşara köçdükdən sonra isə siyasi fəaliyyəti başlamışdır. 2002-ci ildən Fides partiyasında olan Qabor Qubadov 2006-ci ildən bəri Macarıstan Respublikası Milli Məclisinin üzvüdür.

Qabor Qubadov hal-hazırda “Ferentsvaroş” klubunun prezidenti vəzifəsini icra edir. Ailəlidir, Emma, Marsel və Oliviya adında 3 övladı var

 

Elçibəy Türkelli

Bənzər xəbərlər