featured-image-8886

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

“Boyuksherg”in məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda X turda səfərdə “Bavariya” ilə qarşılaşıb.

Görüş münhenlilərin darmadağını ilə yekunlaşıb – 5:0.

Bu oyundan sonra 18 xalda qalan “Frayburq” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.

Bənzər xəbərlər