featured-image-6106

İtaliyanın “Latsio” futbol klubu Avropa Liqasının qrup mərhələsinin II turunda Danimarkanın “Mityüllənd” komandası ilə qonaq oyununa gələn azarkeşlərinə biletlərin pulunu qaytaracaq.

Bu barədə “Latsio”nun mətbuat xidməti məlumat yayıb.

“Mityüllənd” – “Latsio” görüşü cümə axşamı Danimarkada keçirilib və 5:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Qarşılaşmaya 225 romalı azarkeş gəlib. İtaliya komandası tarixində dördüncü dəfə avrokubok oyununda öz qapısından 5 qol buraxıb.

Avropa Liqasının qrup mərhələsinin iki turundan sonra “Latsio” üç xalla F qrupunda üçüncüdür, “Mityüllənd” əlavə göstəricilərə görə italyanları qabaqlayaraq ikinci yerdə qərarlaşıb.

Mənbə: TASS

Bənzər xəbərlər