featured-image-8376

Şimali Koreya son raket buraxılışlarının Cənubi Koreyaya nüvə hücumunun simulyasiyası olduğunu bildirib.

Bu barədə Şimali Koreyanın dövlət mediası məlumat verib.

Qeyd edilib ki, sınaqdan keçirilən raketlər nüvə başlıqları daşımaq üçün uyğunlaşdırılıb və hərbçilər taktiki nüvə silahlarından istifadə üçün hazırlıq işləri görüblər.

Həmçinin simulyasiya zamanı ABŞ və Cənubi Koreyanın hərbi bazalarına, dəniz və hava limanlarına zərbələrin endirilməsi ilə bağlı məşqlər aparıldığı da iddia edilir.

 

Mənbə: Yevropeyskaya pravda

Bənzər xəbərlər