featured-image-6439

“Xatırlatmaq istəyirəm ki, ölkəmizdə də müxtəlif məhvetmə vasitələri var, bəzi komponentlərdə isə NATO-dan daha müasirdir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

O əlavə edib ki, ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskva əlində olan bütün mümkün vasitələrdən istifadə edəcək.

“Bu, blef deyil”, – deyə Putin qeyd edib.

Kreml rəhbəri Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlara da xəbərdarlıq edib:

“Bizi şantaj etməyə çalışanlar bilsinlər ki, küləyin istiqaməti onlara tərəf dəyişə bilər”.

Mənbə: İzvestiya

Bənzər xəbərlər