featured-image-8485

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski G20 ölkələrinin Balidə (İndoneziya) keçiriləcək sammitində iştirak edəcəklər.

Bu açıqlama ilə İndoneziyanın xarici işlər naziri Retno Marsudi çıxış edib.

“Hələlik dəvətimizə cavab müsbət olub”, – deyə İndoneziyanın XİN başçısı vurğulayıb.

O qeyd edib ki, İndoneziya hər iki dövlət rəhbəri ilə əlaqə saxlamaqda davam edir.

Əlavə edək ki, “Böyük iyirmilik” ölkələrinin (G20) sammiti noyabrın 15-dən 16-dək Balidə keçiriləcək.

Mənbə: Vedomosti

Bənzər xəbərlər