Putin Bişkekdə Paşinyanla görüşüb - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb.
Görüş Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində Qırğızıstanın Bişkek şəhərində baş tutub.
Görüş zamanı ölkələr arasındakı ticari-iqtisadi məsələlər müzakirə olunub. Həmçinin, Ermənistan və Azərbaycan arasındakı münasibətlər, regional təhlükəsizlik mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.
Mənbə: kremlin.ru
16:48
Bu dəqiqələrdə Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla görüşür.
Görüş Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində Qırğızıstanın Bişkek şəhərində keçirilir.
Mənbə: TASS