featured-image-8521

Yarım il bundan əvvəl biz Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxarıb.

“Boyuksherg” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

“Bu gün məmnunluqla bu Bəyannamənin necə icra olunduğunu qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadi qarşılıqlı fəaliyyətdən, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətdən və təhsil sahəsi, yüksək texnologiyalar sahəsi ilə bağlı suallardan başlayaraq geniş məsələlər spektrini ətraflı müzakirə etdik”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Azərbaycan Prezidenti deyib ki, artıq Azərbaycanın iki peyki – “Azersky”“Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik.

Bənzər xəbərlər