featured-image-9922

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.

“Boyuksherg” AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı abidələrin önünə əklil qoydu.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.

Dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin paytaxt Belqradın Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

 

Bənzər xəbərlər