featured-image-5479

Sentyabrın 1-dən Polşa qırıcıları Slovakiyanın hava məkanında tapşırıqlar yerinə yetirməyə başlayacaqlar.

Məqsədin müttəfiqlərin ümumi təhlükəsizliyini yaxşılaşdırmaq olduğu qeyd edilir.

“Prezident Andjey Dudanın qərarına əsasən, sentyabrın 1-dən Polşa qırıcıları Slovakiyanın hava məkanında tapşırıqları yerinə yetirməyə başlayır. Bu missiyanın məqsədi Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış təhlükəsizlik böhranı fonunda müttəfiqimizi gücləndirməkdir”, – deyə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox bildirib.

Prezidentin fərmanına əsasən, sentyabrın 1-dən “F-16” və ya “MİQ-29” qırıcıları növbə çəkməyə başlayacaq.

Mənbə: Yevropeyskaya pravda

Bənzər xəbərlər