featured-image-8331

“Azərbaycan şirkətləri kənd təsərrüfatı məhsullarının Avropa bazarına ixracını genişləndirməkdə maraqlıdır”.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin ticarət informasiyası üzrə baş mütəxəssisi Pol Kelli Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələri üçün rəqəmsal ticarət platformasının təqdimatına həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə bildirib.

“Azərbaycan şirkətlərinin kənd təsərrüfatı məhsullarının Avropa bazarına ixracını genişləndirməkdə maraqlı olduğunu görürük. Məsələn, Azərbaycanın pomidor və ya qoz istehsalçılarının Almaniya kimi ölkələrdə bazar payını artırmağa marağı var”, – o vurğulayıb.

P.Kelli əlavə edib ki, Azərbaycanın Aİ, həmçinin “Şərq Tərəfdaşlığı” ölkələri ilə ticarət dövriyyəsi böyük potensiala malikdir və növbəti beş il ərzində ticarət dövriyyəsi iki dəfə arta bilər.

Bənzər xəbərlər