featured-image-9564

Peru hava limanında gözlənilməz qəza baş verib. Belə ki, “Airbus A320” sərnişin təyyarəsi uçuş-eniş zolağında yanğınsöndürən maşınla toqquşub.

Aviaşirkətin məlumatına görə, maşında olan yanğınsöndürənlər həlak olublar. Təyyarənin heyəti və sərnişinləri arasında isə xəsarət alan yoxdur.

Qəza təyyarə havaya qalxmaq üçün sürət yığarkən baş verib.

Yanğınsöndürən maşının niyə uçuş-enmə zolağına çıxdığı məlum deyil.

 

Mənbə: Vesma.Today

Bənzər xəbərlər