featured-image-10130

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya və İraqın şimal bölgələrində aparılan “Pençe-Kılıç” əməliyyatı nəticəsində 326 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Terroru tamamilə məhv etmək, ölkəmizin və millətimizin, sərhədlərimizin təhlükəsizliyinin təminatı üçün nə lazımdırsa etməyə davam edəcəyik”, – deyə türkiyəli nazir vurğulayıb.

O əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri koalisiya qüvvələrinə və dinc əhaliyə zərər vermir, hədəf yalnız terrorçulardır.

Türkiyənin ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə beynəlxalq aləmdə subyektə çevrildiyini vurğulayan Akar həmçinin qeyd edib:

“Kipr, Azərbaycan və Liviya kimi dost və qardaş ölkələrin haqlı mübarizələrində onların yanında olmağa davam edirik”.

Mənbə: “Anadolu” Agentliyi

Bənzər xəbərlər