featured-image-5748

Brüsseldə baş tutan üçtərəfli görüşdən sonra Nikol Paşinyan İrəvanda dar çərçivədə görüş keçirib. Görüş zamanı o, əldə olunan razılaşmalar və müzakirə olunan məsələlər barədə ətraflı təqdimat edib.  

Bu barədə “Past” qəzeti məlumat verib.

Qəzetə danışan mənbənin sözlərinə görə, Paşinyan sülh sazişinin mətn hissəsi üzərində işi sürətləndirməyi tapşırıb. Sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır.

Qəzetin Xarici İşlər Nazirliyindəki mənbəsinin verdiyi məlumata görə, artıq bir aydan çoxdur ki, XİN-də xüsusi qrup fəaliyyət göstərir və sözügedən qrup bütün diqqətini müvafiq sənəd üzərində cəmləyib.

Mənbə: News.am

Bənzər xəbərlər