featured-image-7867

Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirəcək. 

Bununla bağlı Paşinyan bu gün Ermənistan parlamentinin iclasında məlumat verib.

O bildirib ki, İlham Əliyevlə görüş dördtərəfli formatda baş tutacaq:

“Görüşdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək. Görüş Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində baş tutacaq”.

Mənbə: Sputnik Ermənistan

Bənzər xəbərlər