featured-image-12582

Avstraliyanın Cənubi Kvinslend Universitetinin professoru və iki aspirantı Papua-Yeni Qvineyada girov götürülüblər.

Bu barədə ABC yayım korporasiyası məlumat yayıb.

Bir qrup avstraliyalı alim Haylends bölgəsinin ucqar yaşayış məntəqələrindən birində (ölkənin mərkəzi regionunda, paytaxt Port-Morsbidən 530 km şimal-qərbdə yerləşir) silahlı şəxslər tərəfindən girov götürülüb.

Tədqiqatçılarla birlikdə, həmçinin yerli təhsil proqramının koordinatoru da əsir alınıb. Onların azadlığa buraxılması üçün pul tələb olunur.

Bənzər xəbərlər