featured-image-9854

Macarıstanın baş naziri Viktor Orban futbol matçına üzərində “Böyük Macarıstan”ın xəritəsi olan şərflə gəldikdən sonra yaranan diplomatik qalmaqalı şərh edib.

“Futbol siyasət deyil. Gəlin olmayan bir şeyi görməyək. Macarıstan millisi harada yaşayırlarsa yaşasınlar, bütün macarların komandasıdır!”, – deyə baş nazir yazıb.

Xəbər verdiyimiz kimi, Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Macarıstan və Yunanıstan milli komandaları arasında keçirilən yoldaşlıq futbol oyununa şərflə gəlib. Şərfin üzərində tərkibində qonşu dövlətlərin – müasir Slovakiya, Avstriya, Rumıniya, Xorvatiya, Serbiya və Ukraynanın müəyyən hissələrinin yer aldığı “Böyük Macarıstan” xəritəsi əks olunub.

Mənbə: eurointegration.com.ua

Bənzər xəbərlər