featured-image-5910

Elşad Musayev: “Bu cür mövqe ortaya qoyanlar özlərini qrant verən güclərə nümayiş etdirir!”

 

Azərbaycan-Ermənistan münaqişəsində anti-Azərbaycan mövqeyində olan yerli qüvvələrə qarşı Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev sərt mövqe ortaya qoyub. Belə ki, bəziləri tərəfindən “Azərbaycanın BMT tərəfindən qəbul olunmuş sərhədləri var, bu sərhədləri keçmək beynəlxalq hüquqa ziddir” fikirləri səslənir.

“Bu cür absurd fikir irəli sürmək ermənilərin, onların arxasında duran beynəlxalq qüvvələrin mənafeyinə xidmətdir, xəyanətkar mövqe sərgiləməkdir” – Elşad bəyin kəskin mövqeyi bu sözlərlə başlayır.

BAP sədrinin fikrincə, belə mövqe ortaya qoyanlar merkantil maraqlarından çıxış edirlər: “Belələrinin bu cür mövqe ortaya qoyması irəlidə özlərini qrant verən iri güclərə nümayiş etdirməkdir!” Elşad bəy bunu qəbuledilməz hal və Azərbaycanın milli maraqlarına xəyanət hesab edir.

“Kimə gəlirsiniz? İllərdir Ermənistan ərazilərimizi işğalda saxlayır. İndinin özündə də Xankəndi və bir sıra digər ərazilərimizi rusların, amerikalıların və fransızların dəstəyilə hələ də faktiki işğalda saxlayan Ermənistana heç kim nə işğalçı demir, nə də ona təzyiq eləmir. Buna sözünüz nədir?” – deyən Elşad bəy yerli lakeyləri ikiüzlülükdə və riyakarlıqda ittiham edir.

Elşad Musayev fikrini sərt tonda tamamlayır: “Qazaxın erməni işğalı altında olan kəndlərinin sakinləri əzizlərinin məzarını ziyarət edə bilmir. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız da eyni aqibəti yaşayır. Bunun nə demək olduğunu anlayırsınız? İranın agentura şəbəkəsi ilə ermənilərin arxasında duran Qərbin müəyyən dairələrinin agentura şəbəkəsinin heç bir fərqi yoxdur. Hər bir Vətən xaininin adı üzünə deyilməlidir. Ölkəmizin, millətimizin taleyi həll olunanda bitərəf qalmaq bişərəf olmaq kimi bir şeydir!”

Boyuksherg.az

Bənzər xəbərlər