featured-image-7877

“Qarabağ”a qalib gəlmək istəyirik. Bunu bacara bilərik”.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Yunanıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, 3 xal qazanmaqdan başqa düşüncələri yoxdur:

“Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq”.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər