featured-image-6319

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə bu görüş üçün təşəkkür edirəm. Mən son toqquşma zamanı həlak olanların doğmalarına və dostlarına səmimi başsağlığı verirəm”.

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Antoni Blinken üçtərəfli görüşdən sonra bildirib.

Blinken daha sonra qeyd edib:

“Hər iki liderlə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığımda onlar sülh üçün hazır olduqlarını bəyan ediblər.

Güclü, davamlı diplomatik çərçivədə işləmək hamı üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var”.

00:34

Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov, eləcə də ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş başlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

17:12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş olacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, sentyabrın 19-da baş tutacaq görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.

Bənzər xəbərlər