featured-image-8117

Nobel Sülh Mükafatının laureatları məlum olub. Builki laureatlar bir hüquq müdafiəçisi və iki təşkilatdır.

“Boyuksherg”in məlumatına görə, bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.

Bildirilir ki, belaruslu Ales Bialiatski, Rusiyanın “Memorial” və Ukraynanın “Vətəndaş Azadlığı Mərkəzi” təşkilatları “ölkələrində vətəndaş cəmiyyətini təmsil etdiklərinə görə” 2022-ci ilin Nobel Sülh Mükafatına layiq görülüblər.

Xatırladaq ki, oktyabrın 3-də Nobel mükafatının təqdimat mərasimi keçirilib. Artıq “Fiziologiya və ya tibb”, Fizika, KimyaƏdəbiyyat üzrə Nobel Mükafatı laureatlarının adları açıqlanıb.

Bənzər xəbərlər