featured-image-11467

Nigeriyada Edo ştatının cənubundakı Tom İkimi stansiyasında silahlı şəxslər qatar gözləyən sərnişinlərə hücum ediblər.

“AK-47” avtomatlarla silahlanmış şəxslər 30-dan çox adamı qaçırıblar. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Hücum fevralda keçiriləcək prezident seçkisi ərəfəsində Afrikanın ən sıx məskunlaşan ölkəsinin, demək olar ki, hər bir küncünə yayılan qeyri-sabitliyin son nümunəsidir.

Qaçırılanlardan yalnız biri qurtula bilib. Polis axtarış-xilasetmə əməliyyatı aparır.

Mənbə: Reuters

Bənzər xəbərlər