featured-image-4630

Avrokuboklarda daha bir təmsilcimiz növbəti mərhələyə adlayıb

Dünən “Qarabağ”ın Çempionlar Liqasının II seçmə mərhələsində İsveçrə çempionu “Zürix”i keçməsindən sonra bu gün daha bir təmsilçimiz rəqibini udaraq növbəti mərhələyə vəsiqə qazanıb

İlk görüşdə səfərdə Kiprin “Aris” komandasına  2-0 hesabı ilə uduzan “Neftçi” bu gün revanş qarşılaşmasında qonaq etdiyi rəqibini 3-0 hesabı ilə darmadağına uğradıb.

Konferensiyalar Liqasının III seçmə mərhələsinə yüksələn “Flaqman”ın növbəti rəqibi Leçiya(Polşa) – Rapid Vyanna(Avstriya) cütünün qalibi olacaq.

Qeyd edək ki, bu gün daha bir təmsilçimiz “Qəbələ” macar rəqibi “Fehervar”ı 2-1 hesabı ilə məğlub etsə də, iki görüşün ümumi nəticəsinə görə mərhələ adlaya bilməyib.

 

Boyuksherg.az

 

Bənzər xəbərlər