featured-image-5234

Əülfəzl Zöhrəvəndi: “Ermənistan Azərbaycanla müqayisədə İran üçün prioritetdir. Azərbaycan deyə bir yer yoxdur. Azərbaycanlılar İran azəriləridir. Əks halda onlar bu ərazini tərk edib getməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir!”

 

Tehran Respublikasının Əfqanıstan və İtaliyadakı sabiq səfiri Əbülfəzl Zöhrəvənd müsahibəsində Azərbaycan və Türkiyə barəsində diplomatik etikadan kənar, sərt bəyanatlar verib. Fars mollasının etik çərçivəyə sığmayan təhqirləri şübhəsiz ki, cavabsız qalmamalı, həm Azərbaycan, həm də Türkiyə hökumətləri tərəfindən ciddi şəkildə notalar verilməlidi.

Zöhrəvəndin dediyinə görə, türklər Zəngəzuru da almaq istəyirlər ki, bu da onu ciddi narahat edib: “Onlar bizim Ermənistanla bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər. Ağayi Xamenei bununla bağlı lazımi xəbərdarlıq edib onlara. Naxçıvan və Qarabağ məsələsi bizim əleyhimizə bitdi. Naxçıvan tamamilə İrana birləşdirilməlidir! Naxçıvan bizimdir! Türkiyə ilə Azərbaycan arasında birbaşa yol, hətta yeraltı tunel çəkilsə belə, bu bizim üçün problem olacaq…”

Zöhrəvəndi daha sonra qeyd edir ki, iki türk dövləti arasında birbaşa əlaqənin yaranması İranın mənafeyinə ziddir. O, bunu belə əlaqələndirir: “İranın Türkiyəyə qarşı istifadə edə biləcəyi yeganə element tranzit yoludur. Türklər doğrudan da yolları bağlayırlar. İndi də Türkiyə-İran sərhədində divar çəkirlər. Uzun müddətdə türklərlə problemimiz olacaq!”

Molla rejiminin diplomatının fikrinə görə, bir çox səbəblərdən dolayı Ermənistan Azərbaycanla müqayisədə İran üçün prioritetdir. Çünki Azərbaycan “NATO-nun oturub İranı parçalaya biləcəyi bir nöqtədir”.

Fars diplomat açıq şəkildə etiraf edir ki, ermənilər İranın müttəfiqləridir və bu tarix boyu belə olub. Zöhrəvəndi daha sonra çox ciddi və siyasi qalmaqala səbəb olacaq bəyanat verir: “Azərbaycan deyə bir yer yoxdur. Bunlar (azərbaycanlılar) doğrudan da İran azəriləridir. Əks halda onlar bu ərazini tərk edib getməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir!”

Zöhrəvəndi fikrini belə tamamlayır:

“Azərbaycan ilhaq edilmədikcə İranı xərçəng hüceyrəsi kimi narahat edəcək. Azərilər iranlıdır. Ancaq onlar öz şəxsiyyətlərini müəyyənləşdirirlər, guya Orta Asiya türklərindən idilər, onların şiəliyə bağlılığı yoxdur. Namərdlər saxta tarix yazır! Biz buna imkan verməməliyik!”

Sərt bəyanlardan da göründüyü kimi, bu sözlər bir diplomatın leksikonuna aid ola bilməz və o, yuxarı instansiyalardan izn almadan fikrini bu formada ifadə edə bilməz. Çünki bu, bir ölkənin, konkret olaraq, Azərbaycanın suveren hüquqlarına təhdid və müharibə səbəbidir. Ümidvarıq ki, Azərbaycan hökuməti Tehran Molla Respublikasına cavabı gecikdirməyəcək və Zöhrəvəndinin bəyanatına sərt reaksiya göstərəcək.

 

Elçibəy Türkelli

Bənzər xəbərlər