featured-image-11952

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Cənubi Qafqaza səfər edərək Ermənistan və Azərbaycanda olub.

Bu barədə NATO-nun səfərin yekunlarına dair məlumatında bildirilib.

Məlumata görə, səfər “cənab Kolominanın NATO-nun bu iki mühüm tərəfdaş ölkəsində müntəzəm siyasi məsləhətləşmələrinin bir hissəsi” olub.

Bildirlib ki, Kolomina Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşüb. O, NATO-nun Azərbaycanla əməkdaşlığını və ölkəmizin Avro-Atlantik təhlükəsizliyə töhfələrini müzakirə edib.

“Cənab Kolomina həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Laçın dəhlizindəki vəziyyət barədə fikir mübadiləsi aparıb. O, danışıqların bərpası və normallaşma istiqamətində işin vacibliyini vurğulayıb. Kolomina Avropa İttifaqının regional sabitliyə verdiyi dəstəyi də alqışlayıb”, – alyansın məlumatında qeyd olunub.

Mənbə: nato.int

Bənzər xəbərlər