featured-image-9371

DİN rəhbərliyi belə müraciətlərə operativ reaksiya göstərir

 

“Çox hörmətli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, əvvəla, böyük qələbədə payı olan sizlərin Zəfər Bayramınızı səmimi qəlbdən təbrik edirəm. İkincisi, nəzərinizə çatdırıram ki, son zamanlar narkotik vasitələrdən istifadə, onun alqı-satqısına qarşı apardığınız bütün əməliyyatları alqışlayıram…” – bu sözlər  tanınmış ictimai fəal, siyasi şərhçi Elmar Hüseynovun DİN-ə müraciətində qeyd olunub.

Müraciətdə daha sonra bildirilir: “Narkotik vasitələrdən istifadənin gəncliyimizə və gələcəyimizə vurulan bir balta olduğunu düşünür, onun yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz hər bir işdə sizə uğurlar arzulayıram. Hörmətli nazirlik rəsmiləri, mən bir Azərbaycan vətəndaşı olaraq sizdən sosial şəbəkələrdə narkotik vasitələrin təbliği ilə bağlı yayılan videolara nəzarət etməyi, bu barədə qabaqlayıcı tədbirlər görməyinizi xahiş edirəm. Belə videolardan biri aşağıda linki göstərilən və 117 min dəfə izlənən İlkin Çərkəzoğlunun “Kayf aparır” klipidir. Bu barədə sizi məlumatlandırmağı özümə mənəvi borc hesab edirəm. İnanıram ki, bir dövlət qurumu kimi tərəfinizdən tezliklə müvafiq tədbirlər görüləcək!”

“Boyuksherg” olaraq qeyd etməyi borc bilirik ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə, müxtəlif media qurumlarında qeyd olunan taleyüklü məsələlərə dərhal və operativ şəkildə reaksiya verən mühüm dövlət qurumudu. Bu təqdirəlayiq hal cənab Vilayət Eyvazov nazir təyin olunduqdan sonra özünü daha bariz şəkildə göstərir. Ümidvarıq ki, Elmar Hüseynovun müraciətinə də lazımi səviyyədə reaksiya göstəriləcək və qaunların yol verdiyi qaydada tədbir görüləcəkdir.

 

Boyuksherg.az

 

 

 

 

 

 

 

Bənzər xəbərlər