featured-image-4581

“Rusiya Federasiyası qarşıya qoyulan məqsədlərə çatana qədər Ukraynaya qarşı müharibəni davam etdirmək niyyətindədir”.

Boyukserg.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O vurğulayıb ki, ABŞ və müttəfiqləri Ukraynanın döyüş qabiliyyətini gücləndirmək üçün boş yerə səy göstərirlər.

“Rusiyanın keçirdiyi “xüsusi hərbi əməliyyat” davam edəcək və qarşıya qoyulan bütün məqsəd və vəzifələr ölkə rəhbərliyi tərəfindən yerinə yetiriləcək”, – deyə Zaxarova bildirib.

Eyni zamanda, Zaxarova konkret olaraq hansı məqsədləri nəzərdə tutduğunu açıqlamayıb.

Bənzər xəbərlər