featured-image-8870

İspaniya La Liqasında “Real Madrid” və “Barselona” komandaları arasında mövsümün ilk “el-klasiko”su keçirilib.

“Boyuksherg” xəbər verir ki, “Santyaqo Bernabeu” stadionundakı IX tur oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Oyunda hesabı “Real Madrid” açıb. Kərim Benzema 12-ci  dəqiqə fərqlənib. 35-ci dəqiqədə Valverde Mendinin ötürməsindən sonra dəqiq oynayıb – 2:1.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci hissədə “Barselona” fərqi azaldıb. Ferran Torres 83-cü dəqiqədə Levandovskinin məhsuldar ötürməsini dəyərləndirib.

Amma bu, matçdakı son qol olmayıb. Oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Rodriqo penalty zərbəsindən yekun hesabı müəyyənləşdirib – 3:1.

Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Real Madrid” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Ondan 3 xal geri qalan “Barselona” ikincidir.

Bənzər xəbərlər