featured-image-5207

Moskva Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını və onun rəhbərliyini politoloq Darya Duqinanın qətlini pisləməyə çağırır.

“Boyuksherg” “RBC”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Qeyd edək ki, Darya Duqina avqustun 20-də Moskva vilayətində avtomobilinin partladılması nəticəsində ölüb. O, festivaldan qayıdırdı, atası Duqin isə başqa maşında idi. İstintaq Komitəsi qətli sifarişli hesab edib. Cinayətin Ukrayna vətəndaşı Natalya Vovk tərəfindən törədildiyi bildirilir.

 

Bənzər xəbərlər