featured-image-9527

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili zəhərlənib.

Bu barədə sabiq prezidentin vəkili Valeri Gelbaxiani xarici ekspertlərin rəyi əsasında bildirib.

“Mən onun zəhərlənməsi faktını təsdiqləyirəm”, – deyə Gelbaxiani əlavə edib.

O zəhərlənmənin  hansı maddələrdən baş verməsinə dair araşdırmaların davam etdiyini vurğulayıb.

Vəkil həmçinin zəhərlənmənin civə, barium və kalium kimi zəhərli maddələrdən baş verə biləcəyi haqqında məlumatlar olduğunu qeyd edib:

“Bu barədə ətraflı brifinqimiz olacaq”, – deyə Gelbaxiani sözlərini yekunlaşdırıb.

Bənzər xəbərlər