featured-image-11123

Argentina milli futbol komandasının hücumçusu və kapitanı Lionel Messi bazar günü dünya çempionatlarında keçirdiyi oyunların sayına görə alman Lotar Matteusun rekordunu qırıb. O, həm də bir dünya çempionatının bütün mərhələlərində qol vuran ilk oyunçu olub.

Hücumçu Qətərdə keçirilən dünya çempionatının final oyununda Lusail stadionunda Fransa komandasına qarşı meydana çıxıb. Bu matç onun dünya çempionatlarında 26-cı oyunu olub.

Qeyd edək ki, hazırkı turnir Messinin karyerasında beşincidir (2006, 2010, 2014, 2018, 2022). Matteus isə 1982, 1986, 1990, 1994 və 1998-ci illərdə dünya çempionatlarında çıxış edib.

Mənbə: TASS

Bənzər xəbərlər