Messi 700-cü qolunu vurdu, PSJ “Marsel”ə şans vermədi - VİDEO
Fransa çempionatının 25-ci turu çərçivəsində “Marsel”in qonağı olan PSJ böyükhesablı qələbə ilə azarkeşlərini sevindirib – 3:0.
Maraqlıdır ki, matçda bütün qollara Mbappe – Messi cütlüyü imza atıb.
Fransız 2 qol və 1 məhsuldar ötürmə, argentinalı isə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Messi üçün bu qol klub karyerasında 700-cü olub. Mbappe isə PSJ-dəki qol hesabını 200 topa çatdırıb.