featured-image-5604

Sentyabrın 3-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın bölgələrində son dövrlər baş verən meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilib.

Bu barədə Nazirlər Kabinetin məlumat yayıb.

Müşavirədə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə meşə yanğınlarının baş verdiyi ərazilərdə hazırkı vəziyyət, yanğınların səbəbləri, yanğınlarla mübarizə tədbirləri, mürəkkəb relyefli zonalarda yaranan çətinliklər, eyni zamanda qarşıda duran vəzifələr və fəaliyyət müzakirə edilib.

Yanğınla mübarizə tədbirlərinin davam etdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına tapşırıqlar verilib.

Bənzər xəbərlər