featured-image-4695

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix”lə cavab matçında zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medianın durumuna aydınlıq gəlib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu barədə Ağdam klubunun mətbuat katibi Gündüz Abbaszadə danışıb.

Klub rəsmisinin sözlərinə görə, təcrübəli müdafiəçi iki ay komandasına kömək edə bilməyəcək.

Belə ki, futbolçunun qasıq bağlarında yırtıq olduğu üçün, yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Bu isə onun iki ay komandadan uzaq qalması deməkdir

 

Mənbə: Qafqazinfo.az

 

Bənzər xəbərlər