featured-image-11306

Rio-de-Janeyrodakı Marakana stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq.

Bu barədə çərşənbə axşamı şəhər meri Eduardo Paes öz “Twitter” səhifəsində məlumat verib.

“Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq. Fərman sabah dərc olunacaq”, – Paez yazıb.

Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı dünya çempionatında üç dəfə (1958, 1962, 1970) qalib gələn yeganə oyunçudur.

Mənbə: TASS

Bənzər xəbərlər