featured-image-4697

2022-ci il mövsümünün 13-cü Formula 1 yarışı olan Macarıstan Qran Prisi başa çatıb.

Yay fasiləsindən öncəki son dayanacaq olan “Hunqarorinq”də 10-cu yerdən start götürən “Red Bull” pilotu Maks Ferstappen 52-ci dövrədə ələ aldığı liderliyi sonacan qorumağı bacarıb.

Sonrakı yerləri “Mercedes” pilotları Lyuis Hemilton və Corc Rassel tutublar.

Yarışın ortasından sonra tempi düşən “Ferrari” pilotları Karlos Saynz və Şarl Lekler isə müvafiq olaraq 4-cü və 6-cı yerləri tutublar

Hazırda turnir cədvəlinə başçılıq edən Ferstappen 258 xalla ən yaxın izləyicisi olan Şarl Lekleri  80 xal qabaqlayır.

Növbəti yarış 26-28 avqust tarixlərində Belçikanın “Spa” trasında baş tutacaq

Bənzər xəbərlər