featured-image-9119

Livan və Suriya prezidentləri Mişel Aun və Bəşər Əsəd iki qonşu ölkə arasında dəniz sərhədinin demarkasiyası ilə bağlı danışıqlar aparmağa razılaşıblar. Məlumata görə, Livan və Suriya liderləri telefon danışığı zamanı sərhəd məsələsini müzakirə etmək üçün rəsmi nümayəndə heyətləri yaratmağa qərar veriblər.

Hər iki dövlət başçıları razılığa gəlmək üçün vasitəçilərə və beynəlxalq təminata ehtiyac duymadıqlarını bildiriblər.

Danışıqlar oktyabrın 26-27-də BMT-nin Livandakı müvəqqəti qüvvələrinin qərargahında keçiriləcək Livan-İsrail dəniz sərhədi sazişinin imzalanmasından dərhal sonra başlayacaq.

Bildirilir ki, Beyrut və Dəməşqdəki işçi qrupları artıq lazımi hüquqi əsaslandırmaları və texniki sənədləri hazırlamağa başlayıb, həmçinin neft və qaz kəşfiyyatı məqsədilə gələcəkdə qazma işlərinin aparılacağı eksklüziv iqtisadi zonanın koordinatlarını müəyyənləşdiriblər.

Mənbə: TASS

Bənzər xəbərlər